Dek 09, 2025 16:29 Asia/Baku
  • Avropa liderləri təzyiqi artırmağa təkid etdilər

İngiltərə, Fransa və Almaniya liderlərinin Zelenski ilə Londonda keçirdiyi dördtərəfli görüş heç bir konkret nəticə olmadan başa çatdı və jurnalistlərin sualları cavabsız qaldı.

İngiltərə, Fransa və Almaniya liderlərinin Volodimir Zelenski ilə Londonda keçirdiyi görüş konkret nəticə əldə edilmədən başa çatdı.

İngiltərə baş nazirinin ofisinin sözçüsü bildirib ki, Avropa liderləri hazırkı məqamın “böhranlı” olduğunu qəbul edərək, Ukraynaya dəstəyin və Putinə qarşı iqtisadi təzyiqlərin artırılmasının vacibliyi barədə razılığa gəliblər.

O əlavə edib ki, tərəflər güclü təhlükəsizlik zəmanətlərinin verilməsi ilə “ədalətli və davamlı sülh”ün təmin olunmasının zəruriliyini vurğulayıblar. Avropanın Ukraynanın müdafiə qabiliyyətini gücləndirməli olduğunu qeyd ediblər.

Avropa liderləri həmçinin Rusiyanın dondurulmuş dövlət aktivlərindən Ukraynanın bərpası üçün istifadə edilməsi məsələsini müzakirə ediblər.

Zelenski ABŞ olmadan heç bir sülh planının həyata keçirilməsinin mümkün olmadığını bildirərək, mühüm qərarların qəbul edilməsini istəyib. Eyni zamanda ABŞ-ın sülh planı ətrafındakı fikir ayrılıqları və Avropanın danışıqlardan kənar qalması Avropa hökumətlərinin ciddi narazılığına səbəb olub.