Dek 09, 2025 16:52 Asia/Baku
  • Asia Times: İran texnologiyası Vaşinqton üçün ilham verib - AKTUAL

Honk-Konq nəşri ABŞ-ın İranın “Şahid-136” pilotsuz uçuş aparatından nümunə götürməsini araşdıran bir məqalə dərc edib.

Asia Times yazır ki, ABŞ əvvəlki yanaşmasından fərqli olaraq artıq xarici ölkələrin effektiv silahlarından ilham almağa başlayıb və bu dəfə İran texnologiyası Vaşinqton üçün örnək olub.

Məqalədə qeyd olunur ki, İran istehsalı “Şahid-136” – birdəfəlik istifadə üçün nəzərdə tutulmuş pilotsuz uçan aparat – 215 kubsantimetr həcmi olan karbüratorlu porşenli mühərrikdən istifadə edir və arxa tərəfdə yerləşdirilən pərvanə yüksək və fərqləndirici səs yaradır; bu səs “motosiklet motoru”na və ya “otbiçən maşın”a bənzəyir. Bu PUA təxminən 6 saat uçuş edə bilir.

Məqalədə daha sonra bildirilir ki, ABŞ “ucuz hücum PUA sistemi” proqramı çərçivəsində İran PUA-sının surətini hazırlamağa başlayıb. “Şahid-136”ın dəyəri 20–50 min dollar arasında dəyişir və ABŞ versiyasının təxminən 35 min dollara qiymətləndiriləcəyi güman edilir.

Məqaləyə əsasən, hazırda ABŞ-da FLM-136 adı ilə tanınan bu aparat Mərkəzi Komandanlığın (CENTCOM) yeni yaradılmış “Əqrəb Zərbəsi” adlı birliyinin tərkibində Qərbi Asiya bölgəsində yerləşdirilib.

Beləliklə, CENTCOM-un İranın “kopyası” sayılan bir PUA-dan istifadə etməsi ABŞ-ın köhnə strateji yanaşmasına nisbətən diqqətçəkən və ciddi bir dəyişiklik kimi qiymətləndirilir.