Onlarla ölü və yaralı var, tanınmış ravvin də öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i422553-onlarla_ölü_və_yaralı_var_tanınmış_ravvin_də_öldürülüb
Avstraliyada “Hanukka” adlı yəhudi bayramı zamanı keçirilən mərasimə silahlı hücum nəticəsində onlarla nəfər ölüb və ya yaralanıb.
(last modified 2025-12-14T09:55:06+00:00 )
Dek 14, 2025 13:53 Asia/Baku
  • Onlarla ölü və yaralı var, tanınmış ravvin də öldürülüb

Avstraliyada “Hanukka” adlı yəhudi bayramı zamanı keçirilən mərasimə silahlı hücum nəticəsində onlarla nəfər ölüb və ya yaralanıb.

Hadisə yerindən yayımlanan görüntülərdən görünür ki, iki silahlı şəxs körpünün üzərindən tədbir iştirakçılarına atəş açıb.

İvrit dilli mənbələrin iddiasına əsasən, baş verən atışma nəticəsində indiyədək azı 20 nəfər ölüb, 100 nəfər isə yaralanıb.

Məlumata görə, hücum edənlərdən biri öldürülüb, digəri isə polis tərəfindən saxlanılıb.

Hadisə Avstraliyanın "Bondi Beach" ərazisində baş verib. Həmin ərazi yəhudilərin "Hanukka" bayramını qeyd etdiyi yer olub və polis təxminən 2000 nəfəri ərazidən təxliyə edib.

Sionist rejimin “Yedioth Ahronoth” qəzetinin iddiasına görə, hadisə baş verən zaman yəhudi icmasının təxminən 2000 üzvü bayram tədbirində iştirak edirmiş.