Əl-Əzhər Avstraliyada Hanuka mərasiminə silahlı hücumu qətiyyətlə pislədi
https://azeri.sahartv.ir/news/dünya-i422575-Əl_Əzhər_avstraliyada_hanuka_mərasiminə_silahlı_hücumu_qətiyyətlə_pislədi
Misirin Əl-Əzhər qurumu bir bəyanat yayaraq, bildirib ki, Sidney şəhərində yəhudilərin Hanuka mərasiminə edilən silahlı hücum qəti şəkildə pislənilir və mülki şəxslərə qarşı zorakılığın haram olduğu vurğulanır.
(last modified 2025-12-16T04:28:56+00:00 )
Dek 15, 2025 08:08 Asia/Baku
  • Əl-Əzhər Avstraliyada Hanuka mərasiminə silahlı hücumu qətiyyətlə pislədi

Misirin Əl-Əzhər qurumu bir bəyanat yayaraq, bildirib ki, Sidney şəhərində yəhudilərin Hanuka mərasiminə edilən silahlı hücum qəti şəkildə pislənilir və mülki şəxslərə qarşı zorakılığın haram olduğu vurğulanır.

Əl-Əzhər qeyd edib ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq, mülki şəxslərə hücum Qurani-Kərim və İslam Peyğəmbərinin sünnəsinə ziddir.

Bu dini qurum, hücum edənlərdən birini silahsızlaşdırmaq üçün həyatını təhlükəyə atan avstraliyalı müsəlman vətəndaş Əhməd Əl-Əhmədin cəsarətli hərəkətini yüksək qiymətləndirib.

Əl-Əzhər bu davranışı İslamın düzgün dərk edilməsinin nümunəsi və müsəlmanların sülhə dəstəyinin göstəricisi kimi dəyərləndirib.

Həmin hücum nəticəsində azı 16 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.