Rusiyanın “Oreşnik” ballistik raketləri Belarusda yerləşdirilib
Belarus prezidenti Aleksandr Lukaşenko dünən Rusiyanın ultrasəs “Oreşnik” ballistik raketlərinin ölkəsində yerləşdirilməsindən xəbər verib.
Lukaşenko öz illik çıxışında bildirib ki, “Oreşnik” çərşənbə günü Belarusda yerləşdirilib və döyüş tapşırığını yerinə yetirməkdədir.
Rusiya ilk dəfə olaraq, iki min iyirmi dördüncü ilin noyabrında Ukraynanın Dnepr şəhərində yerləşən bir hərbi şirkətə qarşı hücumda “Oreşnik” raketindən istifadə etdi.
Rusiya prezidenti Vladimir Putin demişdi ki, həmin hücum, Ukraynanın Rusiya ərazisinə hücum üçün İngiltərə və ABŞ istehsalları olan uzaqmənzilli raketlərdən istifadə etməsinə cavab olaraq həyata keçirildi.
O, təhdidlə bildirdi ki, əgər Ukraynanın İngiltərə və ABŞ-ın uzaqmənzilli raketləri ilə hücumları davam edərsə,/ xüsusən, Ukraynanın “qərarçıxarma mərkəzləri”nə “Oreşnik” raketlərilə daha çox hücumlar həyata keçiriləcək.