Lavrov:
Ukrayna və hamiləri konstruktiv danışıqlara hazır deyillər
Biz «Vladmir Zelenski rejimi»ni və onun avropalı hamilərini konstruktiv danışıqlar aparmağa hazır görmürük. Bunu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov TASS xəbər agentliyi ilə bu gün yayılan müsahibəsində bildiribdir ki, Zelenski rejimi Rusiyanın mülki infrastrukturlarını hədəfə almaq və təxribatçı hərəkətlər törətməklə, mülki əhalini qorxudur.
Rusiya xarici işlər naziri döyüş meydanlarında baş verənlərə də toxunub: Kiyev döyüş meydanlarındakı vəziyyəti dəyişdirməyə can atmaqda davam edir, lakin Rusiya ordusu təşəbbüsü qətiyyətlə qoruyub saxlayır.
Bir neçə istisna olmaqla, demək olar ki, bütün Avropa ölkələri Kiyev rejimini silah və pul ilə «doldurub»lar. Onlar/ tətbiq etdikləri sanksiyaların təzyiqləri altında Rusiya iqtisadiyyatının çökəcəyini zənn edirlər- deyə, Lavrov qeyd edib.