ABŞ yenə azad sularda bir qayığa basqın edib
ABŞ ordusunun cənub komandanlıq mərkəzi bildirib ki, bu ölkə ordusu narkotik maddələr qaçaqmalçılığında şübhəli bilinən bir qayığa qarşı yeni hücum həyata keçirib; nəticədə, iki nəfər həyatını itirib.
ABŞ ordusunun cənub komandanlığının bildirdiyinə görə, bu ölkə ordusu həmin hücumu bazar ertəsi günü Sakit Okeanın şərqində həyata keçirib.
Amerika ordusunun cənub komandanlıq mərkəzi «X» platformasında yaydığı mesajda qeyd edib ki, sözügedən əməliyyatda Amerikanın ordu qüvvələrindən heç birinə zərər dəyməyib.
CNN telekanalı bildirib ki, Amerikanın narkotik maddələr qaçaqmalçılığında şübhəli bilinən qayıqlara qarşı hücumlarında azı yüz yeddi nəfər öldürülüb.
Bu hücumlar «Cənubi nizə» əməliyyatının bir hissəsidir. ABŞ prezidenti Donald Trampın başçılıq etdiyi hökumət, həmin hücumların narkotik qaçaqmalçılığını məhdudlaşdırmaq məqsədilə həyata keçirildiyini iddia edib.
Tramp Vaşinqton-Karakas gərginliklərinin şiddətlənməsi fonunda Venesuelada böyük bir təsisatı məhv etdiklərini iddia edib. Vaşinqton tərəfindən atılan bu addım, narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə iddiası ilə hərbi hücumları şiddətləndirmək çərçivəsində həyata keçirilib.
Bİrləşmiş Ştatlar hökuməti son aylar Venesuela üzərindəki təzyiqlərini artırıb. Belə ki, cari ilin oktyabr ayında Tramp, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə, Venesuelada naməlum əməllər törətmək barədə icazə verib. Bu da, məxfi əməllər barədə ABŞ hökuməti tərəfindən edilən anormal bir etirafdır.