Qəzzə və İran mehvərli Tramp-Netanyahu görüşü
Birləşmiş Ştatlar prezidenti və İsrail rejiminin baş naziri Amerikada bir daha Qəzzə zolağı və İran da daxil olmaqla, Yaxın Şərq məsələləri istiqamətli görüş keçiriblər.
Amerika prezidenti Donald Tramp və sionist rejimin baş naziri Benyamni Netanyahu, Trampın Mar-a-Laqo-da yerləşən şəxsi iqamətgahında görüşüb, danışıqlar aparıblar.
Qəzzə məsələsinə nəzər salan ABŞ prezidenti, Həmas başçılarının bu qrupun hər hansı tərkisilahını rədd etmələrinə rəğmən, iddia edibdir ki, razılaşmanın sürətlə təkmilləşdirilməsi üçün Həmas, tərkisilah olunmalıdır.
Qəzzə zolağının bərpası tezliklə başlanacaq- deyə, Tramp bildirib.
Bəzi sionist mediaların iddialarını təkrar edən Tramp belə deyib: Eşitmişəm, İran öz nüvə qabiliyyətlərini bərpa etməyə çalışır və əgər belə bir iş görərsə, bu işi aradan qaldıracağıq.
O, bir daha İranın müzakirəyə təmayülü barədəki iddialarını təkrar edib.
Eşitmişəm, İran razılaşma əldə etmək istəyir; bu, nüvə qabiliyyətlərini bərpa etməkdən daha aqilanə rəftardır- deyə, Tramp iddia edib.
Tramp başqa bir iddiada, «İran ötən yaydakı hücumlardan öncə bizimlə diplomatik razılaşma əldə edə bilərdi» ifadəsini işlədib.
ABŞ prezidentinin bu əsassız iddiaları təkrarlamasının fonunda xatırladaq ki, amerikan rəsmilər və mediaların etiraflarına görə, İranın məhz Amerika ilə müzakirə apardığı əsnada, Vaşinqton Təl-Əvivlə birlikdə İran ərazisinə təcavüzə tədarük görürdü. Hətta Trampın özü də İrana qarşı bu təcavüzə komandirlik etdiyini etiraf edib.
Ukraynanın Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücuma cəhd etməsi barədəki xəbərlərə reaksiya verən Amerika prezidenti vurğulayıbdır ki, bu məsələdən olduqca hiddətlənibdir.
Tramp söhbətinin başqa bir hissəsində, Türkiyə məsələsinə nəzər salıb. Bildirib ki, Türkiyə qüvvələrinin Qəzzədə beynəlxalq sabitlik qüvvələri çərçivəsində yerləşdirilmələri barədə həmin ölkənin prezidenti Rəcəb Tayyıp Ərdoğanla söhbət edəcək.