Yan 03, 2026 11:59 Asia/Baku
  • Venesuela ABŞ-ın hərbi hücumunu pisləyib və ölkədə fövqəladə vəziyyət elan edib

Venesuela hökuməti rəsmi bəyanat yayıb.

Bəyanatda, Birləşmiş Ştatların bu ölkənin daxilindəki hədəflərə qarşı hücumları kəskin tərzdə pislənib və bu hücumlar, Venesuelanın suverenliyi və ərazi bütövlüyünə qarşı ciddi təcavüz adlandırılıb.

Yerli vaxtla bu gün səhər saatlarında yayılan bu bəyanatda belə deyiliir: Venesuela/ Amerika Birləşmiş Ştatlarının hazırkı hökumətinin beynəlxalq ictimaiyyətin qarşısında öz ərazisinə qarşı hərbi təcavüzünü rədd edir və pisləyir.

Məlumatlara əsasən, Venesuela prezidenti Nikolas Maduro, ABŞ-ın hərbi təcavüzündən sonra ölkədə fövqəladə vəziyyət elan edib və amerikalı basqınçıların cavablarını vermələri üçün ölkənin hərbi qüvvələrinə tam ixtiyar verib.