Yan 04, 2026 12:20 Asia/Baku
  • Dünya ölkələri ABŞ-ın Venesuelaya hərbi təcavüzünü pisləyir

ABŞ-ın Venesuelaya hərbi təcavüzündən sonra dünyanın müxtəlif ölkələrinin liderləri və rəsmiləri bu hərəkəti qətiyyətlə pisləyiblər.

ABŞ-ın Venesuelaya hərbi təcavüzündən sonra dünyanın müxtəlif ölkələrinin liderləri və rəsmiləri bu hərəkəti qınayıblar.

Əl-Cəzirə telekanalının verdiyi məlumatına əsasən, Çin ABŞ-ın Venesuelaya qarşı hərbi təcavüzünü sərt şəkildə pisləyib.

Rusiya da ABŞ-ın Venesuelaya qarşı silahlı təcavüzünü qınayıb və BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Venesuelaya qarşı istənilən hərbi müdaxilə qınanmalıdır. Nazirlik əlavə edib ki, ABŞ-ın Karakasa qarşı hərbi əməliyyata haq qazandırmaq üçün irəli sürdüyü bəhanələr əsassızdır. ABŞ-ın Venesuelaya qarşı silahlı və düşməncəsinə hərəkətləri ciddi narahatlıq doğurur və biz bunu pisləyirik.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi də bir bəyanat yayaraq, ABŞ-ın Venesuelaya hərbi təcavüzünü sərt şəkildə pisləyib və bunu bu ölkənin milli suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib.

Nazirlik bildirib ki, ABŞ-ın Venesuelaya hərbi hücumu BMT Nizamnaməsinin fundamental prinsiplərinin və beynəlxalq hüququn əsas qaydalarının açıq şəkildə pozulmasıdır.

Türkiyə Xarici İşlər Nazirliyi isə Venesuela ilə bağlı bütün tərəfləri təmkinli olmağa çağıraraq, bildirib: "Biz beynəlxalq qanunlar çərçivəsində Venesuela böhranının həlli üçün hər cür konstruktiv yardımı göstərməyə hazırıq". 

Barak Obamanın keçmiş köməkçisi, yazıçı və siyasi analitik Ben Rods “X” sosial şəbəkəsində paylaşdığı mesajda yazıb: "Latın Amerikasında rejim dəyişikliyi üçün, narkotik alveri ilə bağlı mənasız bəhanələrə əsaslanan bir müharibə başlayıb. Bu müharibənin məqsədi barədə heç bir aydın izahat yoxdur və bu, Trampın seçki kampaniyası zamanı verdiyi bütün vədlərlə ziddiyyət təşkil edir. Halbuki Trampın prezidentliyinin bir ili belə tamam olmayıb". 

Çili prezidenti də deyib: "Biz ABŞ-ın Venesuelaya qarşı hərbi hərəkətlərini qınayırıq və böhranın dinc yolla həll olunmasını istəyirik".

Hizbullah hərəkatı da verdiyi bəyanatda ABŞ-ın Venesuelaya qarşı təcavüzünü, bu ölkənin həyati əhəmiyyətli obyektlərinin, mülki infrastrukturunun və yaşayış binalarının hədəfə alınmasını pisləyib və bunu beynəlxalq hüququn misilsiz və kobud şəkildə pozulması kimi qiymətləndirib.