Tramp:
Venesuelanı bir müddət ABŞ idarə edəcək
Yan 04, 2026 13:04 Asia/Baku
ABŞ prezidenti Venesueladakı son hadisələrlə bağlı qalmaqallı iddialar səsləndirərək bildirib ki, Venesuelaya qarşı keçirilən əməliyyatda hava, quru və dəniz qüvvələrindən istifadə olunub və bu ölkəni bir müddət ABŞ idarə edəcək.
O, əvvəlcə qeyd edib ki, dünənki əməliyyat zamanı Venesuelanın bütün hərbi qüvvələri sıradan çıxıb.
Tramp iddia edib: "Dünyada heç bir ölkə dünən ABŞ-ın əldə etdiyini əldə edə bilməzdi".
O, ABŞ-ın hücumları ilə fəxr edərək, əlavə edib: "Biz başqa uğurlu əməliyyatlar da keçirmişik, məsələn, iranlı general Qasim Süleymaninin hədəfə alınması kimi".
Tramp daha sonra Venesuelanın nəhəng neft ehtiyatları barədə danışaraq deyib: "Amerikanın böyük neft şirkətləri bu ölkəyə daxil olacaq".