Çin Tramp hökumətinə ultimatum verdi
Maduro DƏRHAL azad edilməlidir!
Yan 04, 2026 13:07 Asia/Baku
Çin hökuməti ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşını zorla tutub ölkədən çıxarmasını sərt tənqid edərək, onların dərhal azad olunmalarını tələb edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bazar günü bildirib ki, “Pekin Maduronun və onun həyat yoldaşının ABŞ tərəfindən zorla tutulması və ölkədən çıxarılması ilə bağlı ciddi narahatlığını ifadə edir”.
O əlavə edib ki, ABŞ-ın hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Çinli rəsminin sözlərinə görə, Venesuelada dövlət hakimiyyətini sarsıtmağa yönəlmiş hərəkətlər dayandırılmalır.