Pekin ABŞ-a sərt mesaj verdi
“Dünya polisi yoxdur!”
Çin Venesuelada baş verən hadisələrə kəskin reaksiya verib.
Çinin xarici işlər naziri Van İ bildirib ki, heç bir ölkə öz iradəsini digər dövlətə zorla qəbul etdirmək və “dünya polisi” rolunu oynamaq hüququna malik deyil.
Van İ sonra deyib: “Güc tətbiqi və güc hədəsi beynəlxalq hüququ pozur və qlobal sabitliyi təhlükə altına alır”.
Onun sözlərinə görə, dünyada “təkbaşına zorakılıq və hegemonluq” təhlükəli həddə çatıb.
Venesuelada ABŞ-ın hərbi əməliyyatından sonra prezident Nikolas Maduro və həyat yoldaşının saxlanılması beynəlxalq aləmdə şok effekti yaradıb. Pekin bu addımı suverenliyə birbaşa zərbə kimi qiymətləndirir.
“Heç bir ölkə beynəlxalq hakim ola bilməz. Bütün dövlətlərin suverenliyi toxunulmazdır,” – deyə Van İ vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanın neft ehtiyatlarına “tam çıxış” istədiyini açıq etiraf edib.