Yan 05, 2026 17:45 Asia/Baku
  • Venesuela xalqı hökumətə geniş dəstək yürüşü keçirir

Son hadisələr və siyasi gərginliyin artması fonunda Venesuelanın paytaxtı Karakasda minlərlə insan küçələrə çıxaraq, Maduro hökumətinə dəstəyini ifadə edib.

Dünən Venesuela hökumətinin tərəfdarlarından ibarət böyük kütlə Karakas küçələrində toplaşaraq, yürüş keçirib və prezident Nikolas Maduroya dəstəyini nümayiş etdirib.

Bu aksiya,  ABŞ qüvvələri Venesuelaya hava və quru hücumları həyata keçirdikdən və prezidentlə həyat yoldaşını ABŞ-a aparmasından sonra baş verib.

Bundan əvvəl prezidentin oğlu Nikolas Maduro Guerra hökumət tərəfdarlarını ölkə prezidentinin oğurlanmasına cavab olaraq, küçələrə çıxmağa çağırmışdı. Bu hadisələr Venesuelada siyasi və təhlükəsizlik gərginliyini artırıb.