Venesuela xarici işlər naziri:
BMT TŞ-də qalib gəldik
Venesuelanın xarici işlər naziri İvan Xil Pinto, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası və ölkələrin nümayəndələrinin ABŞ hökumətinin Venesuelaya qarşı hərbi hücumu ilə bağlı geniş tənqidləri barədə deyib ki, Karakas aşkar və qanuni bir qələbəyə nail olub.
Venesuelanın xarici işlər naziri bazar ertəsi günü gecə Teleqram kanalında belə yazıb: Bir daha həqiqət Təhlükəsizlik Şurasında uğur qazandı. Venesuela aşkar və qanuni bir qələbəyə nail oldu.
Beynəlxalq ictimaiyyət rəsmən qəbul etdi ki, nəhs yanvar hücumu beynəlxalq qanunlara ziddir. BMT Nizamnaməsini, qanunları və insan hüquqlarını pozan bu hücum, Venesuelanın hazırkı başçısının toxunulmazlığına qarşı təcavüz idi.
Müxtəlif ölklələrin nümayəndələri BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Donald Tramp hökumətinin Venesuelaya qarşı hərbi hücumunu tənqid ediblər. Onlar bu hərəkətin BMT Nizamnaməsini və beynəlxalq hüquq prinsiplərini aşkar şəkildə pozduğunu bildirib, onun regional və beynəlxalq sülh və sabitlik üçün olacaq nəticələri barədə xəbərdarlıq ediblər.