Yan 07, 2026 14:23 Asia/Baku
  • ABŞ-ın hücumu fonunda Venesuelada yeddi günlük matəm elan edilib

Venesuela hökuməti bu ölkənin bir sıra hərbçilərinin ABŞ-ın təcavüzkar hücumu nəticəsində həlak olması ilə əlaqədar yeddi günlük milli matəm elan edib.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez çərşənbə axşamı ABŞ-ın 3 yanvar tarixində həyata keçirdiyi hücum zamanı həlak olan hərbçilər üçün yeddi günlük matəm elan edildiyini bildirib.

Venesuela rəsmilərinin sözlərinə görə, bu hücum nəticəsində təxminən 24 ordu zabiti həyatını itirib.

Reuters xəbər agentliyi isə bildirib ki, Kuba hökuməti Venesuelada fəaliyyət göstərən 32 ordu və polis zabitinin də bu hücumda həlak olduğunu açıqlayıb. Bu hücum və Nikolas Maduronun qaçırılması beynəlxalq aləmdə geniş qınamalara səbəb olub.