Wall Street Journal:
Rusiyanın nüvə sualtı qayığının müşayiəti Venesuela neft tankerinin ələ keçirilməsinin qarşısını alıb
ABŞ nəşri Rusiyanın Venesuela nefti daşıyan tankerin ABŞ tərəfindən ələ keçirilməsinin qarşısını almaqda birbaşa rol oynadığını bildirib.
"Wall Street Journal" qəzeti ABŞ Müharibə Nazirliyi və Hərbi Dəniz Qüvvələrindəki məlumatlı mənbələrə istinadən yazır ki, Rusiya Venesuelanın “Marinera” adlı neft tankerini müşayiət etmək üçün bir nüvə sualtı qayığı göndərib və bu, tankerin ABŞ tərəfindən ələ keçirilməsinin qarşısını alıb.
Venesuelanın xam neftini daşıyan bu tanker Karib dənizində ABŞ tərəfindən ələ keçirilmək təhlükəsi ilə üzləşib.
ABŞ mənbələrinin bildirdiyinə görə, “Borey” və ya “Yasen” sinfinə aid olan Rusiyaya məxsus sualtı qayığı bu tankerin yaxınlığında peyda olub və onu son təyinat nöqtəsinə yəni ehtimal üzrə Hindistan və ya Çinə qədər müşayiət edir.
Bu hadisə Moskva ilə Vaşinqton arasında dolayı qarşıdurmanın daha da kəskinləşdiyinin göstəricisi kimi qiymətləndirilir.