Dünya liderləri arasında Trampun davranışlarına qarşı narazılıq artıb
https://azeri.sahartv.ir/news/dünya-i422944-dünya_liderləri_arasında_trampun_davranışlarına_qarşı_narazılıq_artıb
CNN-in verdiyi məlumata görə: İtaliyanın baş naziri Corcia Meloni, Donald Trampun onun birgə fotoşəkil çəkdirmək üçün yalvardığına dair iddiasına sadə bir təkzibdən daha artıq reaksiya verib.
(last modified 2026-06-20T10:55:57+00:00 )
İyun 20, 2026 14:50 Asia/Baku

CNN-in verdiyi məlumata görə: İtaliyanın baş naziri Corcia Meloni, Donald Trampun onun birgə fotoşəkil çəkdirmək üçün yalvardığına dair iddiasına sadə bir təkzibdən daha artıq reaksiya verib.

O, "X" sosial şəbəkəsində video paylaşaraq ABŞ prezidentinin qərbli müttəfiqlərə qarşı yanaşmasını tənqid edib.

İtaliyanın baş nazirinin bu sözləri Trampa qarşı açıq və misilsiz bir tənqid kimi qiymətləndirilir; xüsusilə də ona görə ki, Meloni sağçı bir lider sayılır və keçən illərdə dəfələrlə Trampla müqayisə olunmuşdur.

Müşahidəçilərin fikrincə, Meloninin reaksiyası yalnız bir iddia üzərindəki şəxsi ixtilaf deyil, həm də Trampın ABŞ-ın ənənəvi müttəfiqləri ilə rəftar tərzinə qarşı geniş yayılmış narazılığın göstəricisidir. Bu məsələ Vaşinqtonla qərbli tərəfdaşları arasındakı uçurumu daha da dərinləşdirə bilər.