Fransa polisinin müdaxiləsi ilə Münafiqlərin çağırışı uğursuz oldu
https://azeri.sahartv.ir/news/dünya-i422946-fransa_polisinin_müdaxiləsi_ilə_münafiqlərin_çağırışı_uğursuz_oldu
Münafiqlərin 30 xordad çağırışı, milyonlarla dollar xərc və geniş təbliğata baxmayaraq, yalnız min nəfərdən az iştirakçı ilə (hansı ki, keçmiş illərdə olduğu kimi bir hissəsi xarici vətəndaşlar idi) baş tutdu. Proqram rəsmən başlamazdan əvvəl Fransa polisi bu terrorçu qrupun toplaşan ünsürlərinə hücum edərək, onları dağıtd
(last modified 2026-06-21T13:38:07+00:00 )
İyun 21, 2026 17:36 Asia/Baku
  • Fransa polisinin müdaxiləsi ilə Münafiqlərin çağırışı uğursuz oldu

Münafiqlərin 30 xordad çağırışı, milyonlarla dollar xərc və geniş təbliğata baxmayaraq, yalnız min nəfərdən az iştirakçı ilə (hansı ki, keçmiş illərdə olduğu kimi bir hissəsi xarici vətəndaşlar idi) baş tutdu. Proqram rəsmən başlamazdan əvvəl Fransa polisi bu terrorçu qrupun toplaşan ünsürlərinə hücum edərək, onları dağıtd

Fransa polisinin bu toplaşmaya hücumu, 30 xordad 1402-ci günəş ilində Albaniyanın anti-terror polisinin bu ölkədə yerləşən "Əşraf-3" qərargahına etdiy hücumu xatırladır. Bu hadisə, terrorçuların "azadlıq beşiyi" hesab edilən Fransada və münafiqlərin əsas komandanlıq mərkəzində baş verdiyi üçün xüsusi əhəmiyyət kəsb edir və göstərir ki, münafiqilər artıq öz əsas qərargahlarında belə sərbəst fəaliyyət göstərə bilmirlər və amanda deyillər.

Bu toplaşmadan əvvəl Paris İnzibati Məhkəməsi, monarxist qruplardan gələn təhdidlər səbəbindən toplaşmanın keçirilməsini qadağan etmişdi. Maraqlıdır ki, münafiqlərlə monarxistlər arasında gərginlik o həddə çatıb ki, məhkəmənin qərarında monarxistlərin münafiqlərin toplaşmasında bomba yerləşdirməsi ehtimalına belə işarə edildiyi bildirilir.