Amerikalı senator Trampı tənqid etdi
Senator Con Ossof deyib: "İrana qarşı müharibə xarici siyasətin, iqtisadiyyatın, milli təhlükəsizliyin və Trampın prezidentliyinin fəlakətidir".
Ossof əlavə edib ki, bu müharibənin birinci günündən Donald Tramp bizi əmin edirdi ki, plandan irəlidədir, lakin sonra dəfələrlə yalan danışdı və hər gün, hər həftə, həftələrcə qələbə elan etdi. Qələbə hər zaman ya yaxın idi, ya baş vermək üzrə idi, ya da əvvəlcədən təmin edilmişdi.
Bu amerikalı senator qeyd edib ki, indi o, Yaxın Şərqdəki xarici siyasət uğursuzluğu səbəbindən təhqir olunur. Bu, Amerikanı daha təhlükəli hala gətirib".
Ossof bildirib ki, bu, amerikalılar üçün onlarla milyard dollar maliyyə itkisinə səbəb olub. Bu, sursatların və hərbi texnikaların sərf edilməsinə gətirib çıxarıb və onların yerini doldurmaq üçün illərlə vaxt lazım olacaq. O vurğulayıb ki, bu, dünyadakı mövqeyimizin zəifləməsinə səbəb olub və bu xarici siyasət uğursuzluğundan qurtulmaq üçün illər keçməlidir.