Bir Amerika qəzeti İranın ABŞ-ın Bəhreyndəki bazasına vurduğu ağır ziyanları etiraf edib
https://azeri.sahartv.ir/news/dünya-i422988-bir_amerika_qəzeti_İranın_abŞ_ın_bəhreyndəki_bazasına_vurduğu_ağır_ziyanları_etiraf_edib
Amerikada çıxan «Uol Strit Cournal» qəzeti xəbər veribdir ki, İranın müharibə zamanı həyata keçirdiyi raket və PUA hücumları ABŞ dəniz qüvvələrinin Bəhreyndə yerləşən bazasına nəzərəçarpacaq ziyanlar vurub və Vaşinqtonu özünün Asiyanın qərbindəki hərbi düzülüşünü yenidən nəzərdən keçirməyə məcbur edib.
(last modified 2026-06-27T07:18:33+00:00 )
İyun 26, 2026 11:12 Asia/Baku
  • Bir Amerika qəzeti İranın ABŞ-ın Bəhreyndəki bazasına vurduğu ağır ziyanları etiraf edib

Amerikada çıxan «Uol Strit Cournal» qəzeti xəbər veribdir ki, İranın müharibə zamanı həyata keçirdiyi raket və PUA hücumları ABŞ dəniz qüvvələrinin Bəhreyndə yerləşən bazasına nəzərəçarpacaq ziyanlar vurub və Vaşinqtonu özünün Asiyanın qərbindəki hərbi düzülüşünü yenidən nəzərdən keçirməyə məcbur edib.

Qəzet Amerikanın hazırkı və sabiq hərbi qüvvələrilə müsahibələrə, həmçinin yayılan görüntü və videolara istinadla yazıb ki: ABŞ dəniz qüvvələrinin beşinci donanmasının qərargahındakı peyk əlaqələri üzrə iki terminal, komandanlıq binası və azı, on iki digər bina zərər çəkib.

«Uol Strit Cournal», Bəhreyndəki dəniz bazasında zərər çəkən binaların bərpa xərclərini təqribən 400 milyon dollar hesab edib.Bu amerikan media bildiribdir ki, amerikalı rəsmilər bəzi seçimləri, o sıradan, Bəhreyn bazasının yenidən dizayn edilməsi, Küveytdə və Səudiyyə Ərəbistanında yerləşən amerikalı qüvvələrin sayının azaldılması, bəzi missiyaların işğal olunmuş Fələstin də daxil olmaqla daha da qərbdə yerləşən bölgələrə ötürülmələri və komandanlıq mərkəzlərinin yeraltı təsisatlara köçürülmələri məsələlətini araşdırmaqdadırlar.