İrana qarşı müharibə ABŞ ordusunun geri çəkilməsinə səbəb oldu
https://azeri.sahartv.ir/news/dünya-i423466-İrana_qarşı_müharibə_abŞ_ordusunun_geri_çəkilməsinə_səbəb_oldu
"New York Times" qəzeti bildirilir ki, Donalt Trampın Vaşinqtonun hərbi gücünü nümayiş etdirmək məqsədilə başlatdığı müharibə əks nəticə verib və ABŞ ordusunun zəif cəhətlərini üzə çıxarıb və bu ölkənin Yaxın Şərqdəki bir sıra hərbi bazalarının boşaldılmasına və 12 bombardmançı təyyarənin Britaniyadan tələsik çıxarılmasına səbəb olub.
(last modified 2026-10-11T13:56:41+00:00 )
Okt 11, 2026 17:55 Asia/Baku
  •  İrana qarşı müharibə ABŞ ordusunun geri çəkilməsinə səbəb oldu

"New York Times" qəzeti bildirilir ki, Donalt Trampın Vaşinqtonun hərbi gücünü nümayiş etdirmək məqsədilə başlatdığı müharibə əks nəticə verib və ABŞ ordusunun zəif cəhətlərini üzə çıxarıb və bu ölkənin Yaxın Şərqdəki bir sıra hərbi bazalarının boşaldılmasına və 12 bombardmançı təyyarənin Britaniyadan tələsik çıxarılmasına səbəb olub.

"New York Times" qəzeti yazıb: “İranın raket və dron hücumları ABŞ-nin hərbi obyektlərinə ciddi ziyan vurub və bu da Pentaqonu regiondakı bazaların yerini dəyişdirmək məsələsini nəzərdən keçirməyə vadar edib. ABŞ-nin bəzi bazaları o qədər ciddi ziyan görüb ki, Pentaqon onları yenidən bərpa etməyə elə də maraq göstərmir. Hərbi obyektlərin və qüvvələrin yerinin dəyişdirilməsi on milyardlarla dollara başa gələ bilər.ABŞ-ın bəzi hərbi bazaları o qədər ciddi zərər görüb ki, Pentaqon onları yenidən bərpa etməyə elə də həvəs göstərmir. Hərbi obyektlərin və qüvvələrin başqa ərazilərə köçürülməsi də on milyardlarla dollara başa gələ bilər.“New York Times” bu hadisələrin nəticələrinə toxunaraq, yazıb ki, keçmiş ABŞ rəsmilərinin fikrincə, hərbi bazaların zərər görməsi və Vaşinqtonun hərbi baxımdan regiondan geri çəkilməsi ehtimalı Tehranda belə bir qənaəti gücləndirə bilər ki, ABŞ-nin hərbi bazalarını təhdid etmək bu ölkəni regiondakı mövqelərindən geri çəkilməyə məcbur edə bilər.Bu hadisələr ABŞ ordusunun Yaxın Şərqdəki hərbi mövcudluğunu qoruyub saxlamaqla bağlı üzləşdiyi çətinlikləri və ölkənin hərbi bazalarının İranın hücumları qarşısında zəifliyindən qaynaqlanan xərcləri ön plana çıxarıb.