İran kök hüceyrə istehsalında regionda ikinci ölkədir
-
İran kök hüceyrə istehsalında regionda ikinci ölkədir
İran İslam Respublikası Prezident Administrasiyasının Elm və Texnologiya Baş İdarəsinin Kök Hüceyrələr Elmi və Texnologiyasının İnkişafı Qərargahının katibi bu gün deyib: İran kök hüceyrələrin istehsalı baxımından regionda ikinci yerdədir və Gilan ostanında 50 elmi-araşdırma mərkəzi kök hüceyrələr üzrə fəaliyyət göstərir.
İRİB-nin verdiyi məlumata görə, Əmir Əli Həmidiye İranın şimalında yerləşən Gilan ostanının mərkəzi Rəşt şəhərində keçirilən Kök Hüceyrələrin Elmi və Texnologiyasının İnkişafı Şurasının iclasında ölkədə qan yaradan kök hüceyrələrin yetişdirilməsi üzrə 16 mərkəzin təsis edilməsindən xəbər verib və deyib: Tezliklə Təlim və Tərbiyə Nazirliyinin əməkdaşlığı ilə bir neçə şəhərdə kök hüceyrələrlə bağlı tədqiqat mərkəzləri yaradılacaq.
Həmidiye daha sonra Gilan ostanında da qan y aradan kök hüceyrələr mərkəzinin yaradılmasını bir zərurət adlandırıb.
Gilan Tibb Universitetinin rektoru Şahrox Yusifzadə Çabok da deyib: Kök hüceyrələr elminin inkişaf etdirilməsi üçün Gilan Tibb Universitetində Kök Hüceyrələr və Toxuma Mühəndisliyi fakültələri üzrə doktorluq bölmələri təsis edilib.