Azərbaycanda Quran kursları qadağası
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i270766-azərbaycanda_quran_kursları_qadağası
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Quran kursları ilə bağlı qadağalar tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2017 08:21 Asia/Baku
  • Mübariz Qurbanlı
    Mübariz Qurbanlı

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Quran kursları ilə bağlı qadağalar tətbiq edib.

APA TV-nin məlumatına görə, komitə sədri qadağaların tətbiq edilməsini belə əsaslandırıb: “Quran kursları yalnız məscidlər daxilində olmalıdır və Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə alınmalıdır. Evlərdə Quran kursları təşkil etmək olmaz”.

 

M.Qurbanlı qeyd edib ki, QMİ-dən icazəsiz Quran kursları açan insanlar qanunla üz-üzə qalacaqlar: "Bu baxımdan rəsmi icazə olmadan Quran kursu təşkil etmək qətiyyən yolverilməzdir. Hər kəs, xüsusilə dindarlar diqqətli olmalıdırlar".

Azərbaycan 2011-ci ildən etibarən radikal vəhhabi şəbəkəsi ilə mübarizə yerinə, bütövlükdə dindar kəsimə və əsl dindarlra qarşı sərt basqılar və yasaqlar tətbiq etməyi gücləndirib. Qanunlarda isə bu addım “radikkalıqla mübarizə” adı ilə həyata keçirilir.