İranda Məktəbləri Yeniləmə Təşkilatı BMT tərəfindən mükafatlandırıldı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i270800-İranda_məktəbləri_yeniləmə_təşkilatı_bmt_tərəfindən_mükafatlandırıldı
BMT-nin iki ildə bir verilən "Sasakava" mükafatı İran İslam Respublikasının Məktəblərin Yenilənməsi, İnkişaf və Təchiz Edilməsi Təşkilatı"na təqdim edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2017 13:44 Asia/Baku
  • İranda Məktəbləri Yeniləmə Təşkilatı BMT tərəfindən mükafatlandırıldı
    İranda Məktəbləri Yeniləmə Təşkilatı BMT tərəfindən mükafatlandırıldı

BMT-nin iki ildə bir verilən "Sasakava" mükafatı İran İslam Respublikasının Məktəblərin Yenilənməsi, İnkişaf və Təchiz Edilməsi Təşkilatı"na təqdim edilib.

İRNA-nın məlumatına görə, Meksikanın Kankonliman şəhərində keçirilən Təbii Fəlakətlərdən doğan təhlükələrin azaldılması iclasının kənarında təbii fəlakətlərdən doğan təhlükələrin aradan qaldırılması üzrə "Sasakava" mükafatı İranın Məktəblərin Yenilənməsi Təşkilatına təqdim edilib.

İranın Meksikadakı səfiri Məhəmməd Təqi Hüseyni bu mükafatı qəbul edərək, deyib: İranda məktəblərin təchiz edilməsi layihəsi çərçivəsində 95000 məktəbdə yenidənqurma işləri həyata keçirilib.

"Sasakava" mükafatı təbii fəlakətlərdən doğan təhdidlərin aradan qaldırılması üzrə təsirli addımlar atan tərəflərə təqdim edilir.

Bu ilk dəfədir ki, İrandan bir təşkilat "Sasakava" mükafatına layiq görülür.