Qədim misirlilərin qohumları kimlərdir?
-
Qədim misirlilərin qohumları kimlərdir?
Misir mumyaları üzərində gedən araşdırmalar göstərir ki, Qədim misirlilər genetik baxımdan bu günkü İraq, Türkiyə, Livan və Suriyada yaşayan insanlara daha çox yaxın olublar.
Ərəbcə BBC telekanalının verdiyi məlumata görə, bir misirli mumya üzərində DNA testinin nəticələri göstərir ki, qədim misirlilərlə Afrika səhrasının cənub sakinləri arasında genetik yaxınlıq indiki misirlilərlə müqayisədə çox az olub. Bu araşdırmaya görə, qədim misirlilər ilə indiki İraq, Türkiyə, Suriya, Livan və İsrail adlanan ərazilərdəki insanlar arasında genetik yaxınlıq daha çox olub. DNA üzrə mütəxəssislər Qahirənin tarixi abidələrində 90-da çox mumyanın üzərində araşdırma apararaq bildiriblər ki, Afriya səhrasının cənubunda yaşayan afrikalılar qədim misirlilərə heç bir təsirə malik olmayıblar və bu təsir son 1500 il ərzində formalaşıb.