6 aydan sonra yerə qayıtdı
İyun 03, 2017 06:04 Asia/Baku
-
Fransalı kosmonavt
Fransalı kosmonavt 6 aydan sonra nəhayət yerə qayıdıb
Toma Peske 6 ay beynəlxalq kosmik stansiyada olmuşdur.
196 gün kosmosda qalmaq fransalı kosmonavtlar üçün rekord hesab olunur. Peske üçün ən əsas problem böyük təhlükəyə malik olan beynəlxalq kosmik stansiyadan çıxmaq olub. Yanvarın 13-də o altı saat müddətində təmir işləri üçün kosmik gəmidən çıxmışdı. Peske kosmosda olduğu müddətdə 70 elmi sınaq həyata keçirib. Peske həmçinin sisial şəbəkələrdə kosmosdan yüzlərlə misli görünməmiş fotolar yayıb.