Rostovda traktorların yarışı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i271878-rostovda_traktorların_yarışı
Rusiyanın cənubunda gəncləri kənd təsərrüfatı sənayesinə cəzb etmək məqsədilə traktorların yarışı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2017 14:52 Asia/Baku
  • Rostovda traktorların yarışı
    Rostovda traktorların yarışı

Rusiyanın cənubunda gəncləri kənd təsərrüfatı sənayesinə cəzb etmək məqsədilə traktorların yarışı keçirilib.

Rusiyada yeganə traktor yarışı ötən gün 15 min tamaşaçının iştirakı ilə Rostov Na Don liman şəhərində keçirilib. Bu yarışda 28 traktor sürücüsü palçıq, qum, su, hətta alov çalaları ilə örtülən 15 kilometr məsafəni qət edib. Yarış yayın isti havasında 5 saat davam edib. Yarış boyunca bir traktor aşıb. Lakin sürücü heç bir xəsarət almadan traktordan çıxıb. Tamaşaçılardan biri deyib ki, yarışda traktor sürücülərinin həyəcanı onu vəcdə gətirib.

Rusiyada traktor yarışının keçirilməsində məqsəd gəncləri kənd təsərrüfatı sənayesinə cəzb etməkdir.