İran Velaskonu məyus etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i272700-İran_velaskonu_məyus_etdi
İranın voleybol üzrə yığma komandası Dünya Voleybol Liqasının 2-ci həftəsinin son turunda Argentina yığması ilə qarşılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 04:58 Asia/Baku
  • İranın voleybol üzrə yığma komandası
    İranın voleybol üzrə yığma komandası

İranın voleybol üzrə yığma komandası Dünya Voleybol Liqasının 2-ci həftəsinin son turunda Argentina yığması ilə qarşılaşıb.

İRNA-nın məlumatına görə, İranın voleybol üzrə millisi Tehranın 12 min nəfərlik Azadi İdman Mərkəzində azarkeşlərin güclü dəstəyi ilə Argentina yığmasını 3:2 hesabı ilə məğlub edib.

İranın yığma komandası Tehranda baş tutan matçlarda Belçikanı 3:2 hesabı ilə yenmiş və Serbiyaya 1:3 hesabı ilə uduzmuşdu.

Serbiya yığma komandası isə Belçikanı da 3:0 məğlub edərək Dünya Voleybol Liqasının 2-ci həftəsində maksimum xalı toplayıb.

İranın voleybol üzrə yığma komandası Dünya Voleybol Liqasının 3-cü həftəsində Polşada ABŞ, Rusiya və Polşa yığmaları ilə qarşılaşacaq.