İran fəhlələrinin çimərlik voleybolu komandalarının uğurları
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i273204-İran_fəhlələrinin_çimərlik_voleybolu_komandalarının_uğurları
İranın A və B voleybol komandaları Latviyada keçirilən fəhlələrinin çimərlik voleybolu üzrə 2017-ci il dünya çempionatında öz rəqiblərinə qalib gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2017 09:49 Asia/Baku
  • İran fəhlələrinin çimərlik voleybolu komandalarının uğurları

İranın A və B voleybol komandaları Latviyada keçirilən fəhlələrinin çimərlik voleybolu üzrə 2017-ci il dünya çempionatında öz rəqiblərinə qalib gəliblər.

IRIB-nin məlumatına görə, İranın A və B voleybol komandaları Latviyada keçirilən fəhlələrinin çimərlik voleybolu üzrə 2017-ci il dünya çempionatının ilk günündə Latviya, Avstriya və Fransa komandaları ilə görüşərək, qüdrətlə öz rəqiblərini məğlub ediblər.

İran fəhlələrinin çimərlik voleybolu üzrə A komandası özünün ilk iki görüşündə Latviya yığması ilə görüşüb və hər iki görüşdə 2-0 hesabı ilə rəqibinə qalib gəlibdir. Bu komanda özünün 3-cü görüşündə də Fransanın çimərlik voleybolu üzrə yığmasını 2-0 hesabı ilə məğlub edibdir.

İran fəhlələrinin çimərlik voleybolu üzrə B komandası isə Latviyadan olan iki komandanı və Avstriyadan bir komandanı 2-0 hesabı ilə məğlub edibdir.

Bu yarışların davamında qərar üzrə İranın A və B voleybol komandaları bu gün Latviyadan olan komandalar ilə görüşməlidirlər. Onlar rəqiblərinə qalib gələcəkləri halda, bu yarışların ən güclü səkkiz komandası sırasında qərar tapacaqlar.