İranın yüngül atletika komandası ümumdünya fəhlə idman yarışlarının qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i273364-İranın_yüngül_atletika_komandası_ümumdünya_fəhlə_idman_yarışlarının_qalibi_olub
İran fəhlələrinin yüngül atletika komandası Latviyada keçirilən ümumdünya fəhlə idman yarışlarının sonuncu günündə daha iki medal qazanaraq, bütövlükdə on beş medal əldə edib və beləliklə bu yarışların qalibi olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2017 06:44 Asia/Baku
  • İranın yüngül atletika komandası ümumdünya fəhlə idman yarışlarının qalibi olub
    İranın yüngül atletika komandası ümumdünya fəhlə idman yarışlarının qalibi olub

İran fəhlələrinin yüngül atletika komandası Latviyada keçirilən ümumdünya fəhlə idman yarışlarının sonuncu günündə daha iki medal qazanaraq, bütövlükdə on beş medal əldə edib və beləliklə bu yarışların qalibi olubdur.

IRNA müxbirinin məlumatına görə, İran fəhlələrinin yüngül atletika komandası iyunun on üçündən Latviyanın paytaxtı Riqa şəhərində keçirilən ümumdünya fəhlə idman yarışlarının sonuncu günündə kişilərin komanda yarışlarında ən çox medal qazanaraq, birinciliyə nail olub. İran, kişi və qadın komandaları məcmusunda da bürünc medal əldə edibdir.

Bundan öncə İranın çimərlik voleybolu və cüdo komandaları da beşinci ümumdünya fəhlə idman yarışlarının birinciliyini əldə etməyə müvəffəq olmuşdular.