İranlı atletlər Qazaxıstanda keçirilən yarışlarda 9 medal əldə ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i274148-İranlı_atletlər_qazaxıstanda_keçirilən_yarışlarda_9_medal_əldə_ediblər
Qazaxıstanda keçirilən yüngül atletika üzrə Karanov Kuboku yarışlarında iştirak edən İranın idman karvanı 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2017 05:18 Asia/Baku
  • İranlı atletlər Qazaxıstanda keçirilən yarışlarda 9 medal əldə ediblər
    İranlı atletlər Qazaxıstanda keçirilən yarışlarda 9 medal əldə ediblər

Qazaxıstanda keçirilən yüngül atletika üzrə Karanov Kuboku yarışlarında iştirak edən İranın idman karvanı 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.

İran İslam Respublikasının  yüngül atletika federasiyasının bildirdiyinə görə, Qazaxıstanda keçirilən Karanov yarışlarında İranı təmsil edən Neft komandasının tərkibində yer alan Milad Səyyar, Keyvan Qənbərzadə və Müslüm Niyadust 110 metrlik məsafəyə qaçış, hündürlüyə tullanmaq və 1500 mtrlik məsafəyə qaçış üzrə qızıl medal əldə ediblər. 

Hüseyn Keyhani və Rza Qasemi isə 1500 və 100 metrlik məsafəyə qaçış bölməsində gümüş medalın sahibi olublar. Əli Xodpur, Əli Səməri, Rza Məlikpur və Vəhid Sədiq isə 100 metrlik məsafəyə qaçış, gürz atmaq, 400 metrlik məsafəyə qaçış və uzunluğa tullanmaq yarışlarında bürünc medala yiyələniblər.