İranlı taekvondoçu finalda
İyun 30, 2017 11:26 Asia/Baku
İranın üçüncü çəki dərəcəli taekvondoçusu dünya çempionatının finalçısı olub.
IRIB-nin məlumatına görə, Cənubi Koreyada taekvondo üzrə dünya çempionatının davamında dünən dörd qələbə ilə yarışların yarımfinal mərhələsinə vəsiqə qazanmış İranın üçüncü çəki dərəcəli taekvondoçusu Mir Haşem Hoseyni bu gün Azərbaycan Respublikasından olan Məhəmməd Məhəmmədovu 6-5 hesabı ilə məğlub edərək, yarışların finalına çıxıbdır.
O, qızıl medal almaq üçün finalda Çin idmançısını məğlub etməlidir.