Dəniz mühəndisliyi üzrə elmi inkişaf baxımından İranın mövqeyi yaxşılaşdırıldı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i275114-dəniz_mühəndisliyi_üzrə_elmi_inkişaf_baxımından_İranın_mövqeyi_yaxşılaşdırıldı
İran İslam Respublikası prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari deyib: Dəniz mühəndisliyi üzrə elmi məhsulların istehsalı üzrə reytinq cədvəli hazırlayan "SCİMAGO" saytında İranın yeri yaxşılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 09:15 Asia/Baku
  • Dəniz mühəndisliyi üzrə elmi inkişaf baxımından İranın mövqeyi yaxşılaşdırıldı
    Dəniz mühəndisliyi üzrə elmi inkişaf baxımından İranın mövqeyi yaxşılaşdırıldı

İran İslam Respublikası prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari deyib: Dəniz mühəndisliyi üzrə elmi məhsulların istehsalı üzrə reytinq cədvəli hazırlayan "SCİMAGO" saytında İranın yeri yaxşılaşıb.

İRNA-nın verdiyi məlumata görə, Sorena Səttari deyib: Son statistik məlumata görə, İran 2016-cı ildə dəniz mühəndisliyi üzrə elmi məhsulların istehsalında dünyada 6-cı yerə malik olaraq, ümumi sıralamada Avstraliya, Almaniya, İtaliya və Fransadan önə çıxmağı bacarıb. 

Səttari əlavə edib: İran 2016-cı ildə dəniz mühəndisliyi sahəsində 547 elmi məqaləyə malik olub ki, bu da öncəki il ilə müqayisədə 59%-lik artımdan xəbər verir.