"Falcon 9" kosmosa göndərildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i275350-falcon_9_kosmosa_göndərildi
Space X Texnoloji Kəşflər Şirkəti Falcon 9 raketini kosmosa göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2017 09:52 Asia/Baku
  • "Falcon 9" kosmosa göndərildi

Space X Texnoloji Kəşflər Şirkəti Falcon 9 raketini kosmosa göndərib.

Rabitə peykini daşıyan Falcon 9 raketi çərşənbə günü ABŞ-ın Florida ştatının Kip Kanavral rayonunda Kennedi Kosmos Mərkəzindən kosmosa göndərilib. 

Falcon 9 raketinin kosmosa göndərilməsi bazar ertəsi baş tutmalı idi. Lakin hava şəraitinin əlverişli olmadığına görə, çərşənbəyə təxirə salındı. 

Space X şirkəti rəsmilərinin dediyinə görə, bu peyk həddindən artıq ağır olduğuna görə, onun təkanvericisi (booster) yerə qayıtmayacaq.