İranın idman karvanı medalların sayını artırır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i276830-İranın_idman_karvanı_medalların_sayını_artırır
Londonda keçirilən paraatletika üzrə Dünya Çempionatında İran təmsilçiləri 3 qızıl, gümüş və bürünc medal qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2017 06:04 Asia/Baku
  • İranın idman karvanı medalların sayını artırır

Londonda keçirilən paraatletika üzrə Dünya Çempionatında İran təmsilçiləri 3 qızıl, gümüş və bürünc medal qazanıblar.

İRİB-in məlumatına görə, iranlı idmançı Əmanulla Papi nizə atmada 44,87 metrlə qızıl medala layiq görülüb. 

Elə bu idman növündə Məhəmməd Xalvəndi 42,18 metrlə gümüş medalçısı olub. Abdulla Heydəri isə 41, 38 metrlə üçüncü yerin sahibi olaraq bürünc medala layiq görülüb. 

İranın 20 nəfərlik idman karvanı bu çempionatda 1 qızıl, 6 gümüş və 3 bürünc medalla ümumilikdə 10 medal qazanıb. 

Paraatletika üzrə Dünya Çempionatı iyulun 14-dən İngiltərə paytaxtı Londonda start götürüb və 23 iyula qədər davam edəcək. 100 ölkədən mindən çox idmançı bu çempionata qatılıb.