İranın idman karvanı "London-2017" yarışlarında 20 medal əldə edib
İyul 23, 2017 16:27 Asia/Baku
-
İranın idman karvanı "London-2017" yarışlarında 20 medal əldə edib
Londonda keçirilən para atletika yarışlarında İranı təmsil edən idman karvanı nizə atmaq yarışlarında 2 gümüş medal əldə edib.
Hamed Əmiri bazar günü F54 klası üzrə nizə atmaq yarışlarında 27.81 metrlik bir rekorda imza ataraq, gümüş medalın sahibi olub.
Möhsün Kaidi isə F34 klası üzrə yarışlarda 34.88 metrlik bir rekord ilə dünya ikincisi olaraq, gümüş medala yiyələnib.
İranın idman karvanı indiyə kimi London-2017 para atletika yarışlarında 3 qızıl, 12 gümüş və 5 bürünc medal olmaqla ümmilikdə 20 medal əldə edib.
Teqlər