Tehranda ELECOMP sərgisi
-
Tehranda ELECOMP sərgisi
Tehranda informasiya texnologiyaları və rabitə üzrə ən böyük hadisə olan 23-cü Elektronika, Kompüter və Elektronika Ticarəti(ELECOMP) sərgisi keçirilir. Sərgiyə ölkə daxili və xaricdən 800 şirkət qatılıb. 4 gün müddətində davam edəcək bu sərgidə iştirak edən şirkətlər özlərinin son məhsulları, xidmətləri və nailiyyətlərini nümayiş etdirirlər.
Elektronika və kompüter sənayesində qarşılıqlı əməkdaşlıq bu sahənin inkişafında böyük rola malikdir.
ELECOMP sərgisi elektronika və kompüter sənayesi məhsulları və xidmətlərinin istehsalı və təqdimi sahəsində ən böyük hadisə hesab olunur. Bu sərgi hər il müvafiq şirkətlərin geniş iştirakı ilə Tehranın beynəlxalq sərgilər ərazisində keçirilir.
Ekspert:
Bu beynəlxalq sərgidə 20 ölkə iştirak edir. Çindən olan mühəndis İranın informasiya texnoligiyaları sahəsində Orta şərqdə birinci yerdə olduğunu və dünyada da birincilər sırasında durduğunu deyir.
Ekspert:
Bu sərgidə ikinci ildir ki iştirak edirik. İran Texnologiya baxımından xüsusiylə informasiya texnologiyaları sahəsində Orta şərqdə birinci yerdə durur və bütün iranlı mühəndislər dünyanın bu sahədəki müasir texnologiyasına uzlaşmağa çalışırlar.
Texnologiya və informasiya dünyasında təhlükəsizlik böyük əhəmiyyət kəsb edir, bu komanda müştərilərinə bu baxımdan arxayınlıq verir.
Ekspert :
Bizim şirkət informasiyanın təhlükəsizliyi sahəsində yollar təqdim edir. banklar, nazirliklər, xüsusi qurumların təhlükəsizliyi üçün müəyyən proqramlar təqidm edirik. Onlain, akademik, təhlükəsiz əlaqə və xarici brendlər sahələrində fəaliyyət göstəririk.
Müasir dövrdə iranlı alimlərin sayəsində informasiya və rabitə texnologiyaları sadəcə kompüter monitoru ilə məhdudlaşmır. Ətraf dünyamızda əşyalar da intenetə təchiz edilir və insanların rifahını təmin edir.
Ekspert: Biz ağıllı nəqliyyat sistemləri sahəsində fəaliyyət göstəririk. Şose yollarında və şəhər daxilində avtomobillərin monitorinqi, nömrələrin oxunması, sürətin müəyyənləşdirilməsi, trafikə nəzart və sayirə bizim fəaliyyət sahəmizi təşkil edir və biz informasiya texnologiyalarını əşyalara tətbiq edirik.