Braziliyada İranın fizika üzrə olimpiada komandası beş medal qazanıb
İyul 26, 2017 12:51 Asia/Baku
-
Braziliyada İranın fizika üzrə olimpiada komandası beş medal qazanıb
İranın məktəblilərdən ibarət fizika üzrə olimpiada komandası İndoneziyada bu fənn üzrə keçirilən beynəlxalq yarışların 48-ci dövründə beş qızıl və gümüş medal qazanıb.
IRNA-nın məlumatına görə, İran komandası 86 ölkədən 650-dən çox üstün məktəblinin iştirak etdiyi bu beynəlxalq yarışlarda iki qızıl və üç gümüş medal qazanıb.
48-ci beynəlxalq fizika olimpiadası ötən həftənin bazar günündən İran nümayəndələrinin iştirakı ilə İndoneziyanın Yugiyakarta şəhərində başlanıb və bu həftənin bazar ertəsi günü başa çatıb.
Həmçinin İran məktəbliləri 111 ölkənin iştirakı ilə Braziliyada keçirilən 58-ci beynəlxalq riyaziyyat olimpiadasında iki qızıl, üç gümüş və bir bürünc medal qazana biliblər.