İranın idman karvanı 26 medal qazanıb
-
İranın idman karvanı 26 medal qazanıb
İranın idman karvanı eşitmə qabiliyyəti olmayan idmançıların Türkiyədə keçirilən olimpiya oyunlarının səkkizinci gününün sonunda 26 medal qazanıb.
Eşitmə qabiliyyəti olmayan idmançıların Türkiyənin Samsun şəhərində keçirilən olimpiya oyunlarının səkkizinci gününün sonunda İranın idman karvanı qadınların komanda üzrə kata yarışlarında, kişilərin komanda üzrə komitə rəqabətlərində və 70 kiloqram çəki dərəcəsində sərbəst güləş yarışlarında üç gümüş medal əldə edib. İdman karvanımız 61 və 86 kiloqram çəki dərəcələrində keçirilən sərbəst güləş yarışlarında isə iki bürünc medal qazanıbdır.
İranın eşitmə qabiliyyəti olmayan idmançılardan ibarət idman karvanı hazırda 3-ü qızıl, 8-i gümüş və 15-i bürünc medal olmaqla bütövlükdə 26 medal əldə edərək, Türkiyənin Samsun şəhərində keçirilən olimpiya oyunlarında səkkizinci pillədə durur.
Eşitmə qabiliyyəti olmayan idmançıların 23-cü olimpiya oyunları dünyanın 97 ölkəsindən olan üç min idmançının iştirakı və Türkiyənin Samsun şəhərinin ev sahibliyi ilə iyul ayının 18-də başlanıb. İranın idman karvanı 13 komanda formasında 107 idmançı ilə bu yarışlarda iştirak edir. Bu oyunlar iyulun otuzunadək davam edəcək.