İranın hava-desant qüvvələri üçüncü yeri tutub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i277924-İranın_hava_desant_qüvvələri_üçüncü_yeri_tutub
Çində keçirilən Dünya Orduları 2017 Sülh və Dostluq turnirində İran İslam Respublikasının hava-desant qüvvələri sərbəst enişdə üçüncü yeri tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2017 05:39 Asia/Baku
  • İranın hava-desant qüvvələri üçüncü yeri tutub
    İranın hava-desant qüvvələri üçüncü yeri tutub

Çində keçirilən Dünya Orduları 2017 Sülh və Dostluq turnirində İran İslam Respublikasının hava-desant qüvvələri sərbəst enişdə üçüncü yeri tutub.

İRİB-in məlumatına görə, turnirdə iranlı paraşütçülər ilk mərhələdə üçüncü yeri tuta biliblər. Çin və Mərakeş komandaları isə birinci və ikinci yerləri tutublar. 

Cənubi Afrika Respublikası, Qazaxıstan, Rusiya və Venesuela komandaları da 4-7-ci yerləri bölüşdürüblər. 

Dünya Orduları 2017 Sülh və Dostluq turniri 17 növdə keçirilir. Onun 5 növü Çinin Quanqju və 12 növü isə Rusiya və Qazaxıstanda keçirilməkdədir.