Əmir Kəbir Universitetinin humanoid robotlar komandası dünya üzrə 3-cü olub
-
Əmir Kəbir Universitetinin humanoid robotlar komandası dünya üzrə 3-cü olub
İranın Əmir Kəbir adına Sənaye Universitetinin humanoid robotlar komandası Almaniya komandasını məğlub edərək, Yaponiyada keçirilən RoboKup(RoboCup)-2017 dünya çempionatının yeniyetmələr üzrə humanoid robotlar liqasında 3-cü yeri əldə edib.
IRIB-nin məlumatına görə, İranın Əmir Kəbir adına Sənaye Universitetinin yeniyetmələr üzrə humanoid robotlar komandası Yaponiyada keçirilən RoboKup(RoboCup)-2017 dünya çempionatında Almaniya, Çin, Hindistan, Yaponiya və Tayvan komandaları ilə yarışaraq, bu liqanın üçüncü yerini əldə etməyə müvəffəq olubdur.
21-ci RoboKup dünya çempionatı dünyanın 45 ölkəsinin universitet, məktəb və tədris mərkəzlərindən olan 200-dən çox komandanın iştirakı ilə iyulun 27-dən etibarən Yaponiyanın Naqoya şəhərində keçirilib.
RoboKup robotexnika sahəsində beynəlxalq və mötəbər bir yarış olaraq, 1997-ci ildən bəri hər il müxtəlif ölkələrdə keçirilir. Bu yarışların keçirilməsində məqsəd, robotexnika və süni intellekt sahəsilə bağlı texnologiyaların inkişaf etdirilməsidir.