İyul 31, 2017 08:41 Asia/Baku
  • İran komandası Robot Kubokunun ikinciliyini qazandı
    İran komandası Robot Kubokunun ikinciliyini qazandı

İranın Əmir Kəbir Sənaye Universitetinin virtual-xilasedici robot komandası Yaponiyada keçirilən 21-ci Dünya Robot Kubokunun son günündə ikinci yeri tutub.

İRİB-in məlumatına görə, bu kubokda İranın Əmir Kəbir Sənaye Universitetinin virtual-xilasedici robot komandası Türkiyə təmsilçisindən sonra ikinci yeri qazanıb. 

İranın Əmir Kəbir Sənaye Universiteti karvanı virtual-xilasedici robotlar liqasında ikinci, yeniyetmə ölçüsündə insanabənzər robotlar liqasında üçüncü və kiçik ölçülü futbolçu robotlar liqasında dördüncü yeri qazanaraq Dünya Robot Kubokundakı işinə yekun vurub. 

21-ci Dünya Robot Kuboku iyulun 27-də 45 ölkədən 200-dən çox universitet, orta məktəb və təhsil ocağı komandasının iştirakı ilə Yaponiyanın Naqoya şəhərində başlanıb. 

Robot Kuboku robot sahəsində məşhur və beynəlxalq turnirdir. Bu kubok 1997-ci ildən hər il müxtəlif ölkələrdə keçirilir. Yarışların keçirilməsində məqsəd robot sahəsi ilə əlaqədar texnologiyanın inkişafıdır. 

Teqlər