İranın kompüter olimpiada komandası bir qızıl və 3 gümüş medal qazanıb
-
İranın kompüter olimpiada komandası bir qızıl və 3 gümüş medal qazanıb
29-cu Kompüter Olimpiadasının Elmi Komitəsinin sədri bildirib ki, İran Tehranda keçirilən 29-cu kompüter olimpiadasında bir qızıl və 3 gümüş medal qazanmağa müvəffəq olub.
29-cu Kompüter Olimpiadasının Elmi Komitəsinin sədri Əli Şərifizadə bu gün ISNA İlə müsahibədə 29-cu kompüter olimpiadasının nəticələrinin qətiləşməsindən xəbər verib və bildirib ki, İran dörd medal qazanaraq, beynəlxalq kompüter olimpiadasında dördüncü olubdur.
Şərifizadə söyləyib: Bu rəqabətlərdə Yaponiya, Çin və Rusiya komandaları müvafiq olaraq, birdən üçədək olan yerləri tutublar.
O, həmçinin deyib: İranın ikinci komandası bu yarışlarda on birinci yerdə durubdur.
Tayvan, Polşa, Rumıniya, İngiltərə, Avstraliya və İtaliya müvafiq olaraq, beşdən onadək olan yerlərdə qərar tapıblar.
Dünyanın səksən dörd ölkəsindən olan məktəbli komandaları 29-cu kompüter olimpiadasında iştirak ediblər.