Robotik sənayesində beynəlxalq hadisə
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i280608-robotik_sənayesində_beynəlxalq_hadisə
Çinin paytaxtı Pekində keçirilən "Robot 2017" beynəlxalq toplantısında mindən çox növdə robot nümayiş etdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2017 07:43 Asia/Baku
  • Robotik sənayesində beynəlxalq hadisə
    Robotik sənayesində beynəlxalq hadisə

Çinin paytaxtı Pekində keçirilən "Robot 2017" beynəlxalq toplantısında mindən çox növdə robot nümayiş etdirilib.

Bu toplantıda dünyada ən modern robotlar, o sıradan sənaye robotları, xidmət robotları və xüsusi məqsədləri həyata keçirən robotlar sərgilənibdir.

İlk dəfə 2015-ci ildə keçirilmiş beynəlxalq robot toplantısı hazırda robotik sənayesi üzrə ən böyük və ən beynəlxalq bir hadisəyə çevrilibdir.

Gündəlik həyat üçün düzəldilmiş xidmət robotlarından əlavə, sənaye robotları da bu sərgidə diqqəti çəkən robotlardandır. Bu sərgi avqustun 27-dək davam edəcək.