Okt 22, 2017 17:46 Asia/Baku
  • İran təmsilçisi Gürcüstan turnirində gümüş medal qazanıb
    İran təmsilçisi Gürcüstan turnirində gümüş medal qazanıb

Gürcüstanda keçirilən yarım-marafon turnirində İran təmsilçisi gümüş medal qazanıb və İranın milli rekordunu yeniləyib.

İRNA-nın məlumatına görə, iranlı idmançı Məhəmməd Cəfər Muradi Gürcüstan paytaxtı Tiflisdə 21 kilometrlik yarım-marafonda məsafəni 1 saat 6 dəqiqə 56 saniyəyə başa vuraraq ikinci yeri tutub.

O həmçinin İranın yarım-marafon yarışı üzrə öz rekordunu yüzdə 37 saniyə yeniləyib.

Tiflis yarım-marafon yarışları bu gün 10 mindən çox atletin iştirakı ilə keçirilib.

Teqlər