Makedoniyada İranın film həftəsinə start verilib
Yan 25, 2018 14:10 Asia/Baku
-
Makedoniyada İranın film həftəsinə start verilib
Makedoniya paytaxtı Skopyedə İran İslam Respublikasının film həftəsinə start verilib.
İRİB-in verdiyi məlumata görə, tədbirlərin açılış mərasimi İİR-in Makedoniyadakı səfirinin iştirakı ilə Sinematek müəssisəsində keçirilib.
Mərasimdə Sinematekin rəhbəri Anqlov çıxış edərək İran kinosunun dünya şöhrətli təsirli kino olduğunu vurğulayıb.
Makedoniyada İranın kino həftəsində İranın " Xəyal dadı" , " Eşq və xəyanət dövrü" , " Rəsm hovuzu" , " Yap yalqız" , " Bir tikə qənd" və " Çox uzaq-çox yaxın" filmləri ekran ediləcək.