ABŞ-ın Sülh Film Festivalının üç mükafatı İran animasiyasına təqdim olundu
Yan 28, 2018 14:25 Asia/Baku
-
ABŞ-ın Sülh Film Festivalının üç mükafatı İran animasiyasına təqdim olundu
İranın "Behiştdən xilas" adlı animasiyası 4-cü Beynəlxalq Sülh Film Festivalında üç mükafata layiq görülüb.
İRNA-nın məlumatına görə, "Behiştdən xilas" adlı animasiya ABŞ-ın Florida ştatında keçirilən 4-cü Beynəlxalq Film Festivalında ən yaxşı avanqard film, ən yaxşı dastan filmi və ən yaxşı rejissorluq mükafatına layiq görülüb.
18-20 yanvarda Florida ştatının Orlando şəhərində keçirilən 4-cü Beynəlxalq Sülh Film Festivalında dünyanın 45 ölkəsindən 26 film rəqabət aparıb.
Teqlər