İran çimərlik futbolu yarışlarının qalibi olub
Yan 30, 2018 09:12 Asia/Baku
-
İran çimərlik futbolu yarışlarının qalibi olub
İranın çimərlik futbolu komandası İspaniyanın çimərlik futbolu komandasının məğlub edərək, ikinci dəfə "Persian Cup" yarışlarının qalibi olub.
İranın çimərlik futbolu komandası dünən İranın Buşehr şəhərində keçirilən ikinci "Persian Cup" yarışlarının sonuncu görüşündə İspaniyanın çimərlik futbolu komandasını 4-2 hesabı ilə məğlub edib.
İranın çimərlik futbolu komandası öncəki iki görüşdə Azərbaycan Respublikası və Ukrayna yığmalarını məğlub etmişdi.
İspaniyanın çimərlik futbolu komandası da Azərbaycan Respublikası və Ukrayna yığmalarını məğlub edib, lakin finalda İran yığmasına məğlub və altı xalla yarışların ikincisi olubdur.
Teqlər