31-ci Beynəlxalq Xarəzmi Festivalı
31-ci beynəlxalq Xarəzmi festivalı 10 iranlı tədqiqatçının mükafatlandırılması ilə öz işini başa vurdu.
Festivalın qaliblərindən olan Rza Ədibi deyir: “Filtirin özü yağı süzmək üçün istifadə olunan tam bir kompleksdir. Və əsasən təyyarələr, helikopterlər və digər uçan abyektlər üzərində quraşdırılması zamanı yüksək standartlara cavab verməlidir.”
Festivalın digər qalibi Əhya Yavəri isə öz ixtirası barədə deyir: “Coğrafi məkanın, zamanın və marşrutların müəyyən edilməsi xidmətlərini həyata keçirir.”
Məhəmmədrza Şəfiyi isə mükafata layiq görülən işi haqda belə deyir: “Payızgülünün yeni rəng çalarlarını əldə etməyə nail olmuşuq.”
Xarəzmi festivalının beynəlxalq bölməsində isə Çin, Avstraliya, Almaniya, Fransa və İsveçrədən olan qaliblər var idi.
İsveçrəli qalib Macid Şergi deyir: “İranda elmi baxımdan geniş investisiya imkanları mövcuddur. Və iranlı tələbələrin İsveçrədəki iştirakı buna münasib şərait yaradır.”
Avstraliyadan xanım Katerina Qavs isə deyir: “İrandakı elmi inkişaf məni çox təəccübləndirdi və bir neçə elmi layihə ilə bağlı danışıqlar aparmaq qərarına gəlmişəm.”
Xarəzmi festivalının çinli qalibi Cyanq Fanq Vanq isə deyir: “İranda elmi inkişaf tempi çox yaxşıdır və ümidvaram bu sahədə İran ilə yaxşı əməkdaşlıqlarımız olsun.”
Daha sonra İran İslam Respublikası İranda elmin keçmişinə işarə edərək, elmi prioritetlər və mövcud problemlərin həll yollarından danışdı: “İran islamdan öncə və sonra elm istehsalı və bəşər sivilizasiyiasının yaranması və yetişməsində dəyərli rola malik olmuşdur. İslamdan öncə iranlı alimlər, sənətkarlar və memarlar o dövrün böyük sivilizasiyaları olan Misir, Çin və Yunan sivilizasiyaları ilə rəqabət edə biləcək bir sivilizasiya yaradaraq İranı yüksək təfəkkürə, proqrama, elmi mərkəzlərə və elmi inkişaf mexanizminə malik olan bir ölkəyə çevirmişdilər.”
Prezident daha sonra İranda 4 milyon universitet tələbəsi və 12 milyon universitet məzunu olduğuna işarə edərək, yenilik və yaradıcılığı günümüzün başlıca ehtiyacları adlandırıb və universitetlərin məşğulluq sahəsində hərəkət etməsini istəyib.
Daha sonra İran İslam Respublikasının elmlər və texnologiyalar naziri çıxış edərək, İranın elmi məqalələrin istehsalı baxımından regionda birinci, dünyada isə 16-cı ölkə olduğunu deyib.